Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ 

14:24 05.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.

 

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

 

Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Çaylarda sululuğun artacağı ehtimalı var.